İtaliyanın "Roma" klubu ciddi itkiylə üzləşib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Kris Smollinq sıradan çıxıb.
 
A Seriyasının 7-ci turunun "Empoli" ilə matçında (2:0) zədələnən 31 yaşlı müdafiəçi üç həftəlik sıradan çıxıb. O, "Yuventus" və "Napoli"yə qarşı keçiriləcək çempionat oyunlarını buraxacaq.
 
Smollinq bu mövsüm A Seriyasında 4 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest