Serbiya milli komandasının sabiq futbolçusu Antonio Rukavina Dç-2022-nin seçmə mərhələsində Lüksemburq və Azərbaycana qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib. Matc.az "zurnal.rs" saytına istinadən xəbər verir ki, hazırda Qazaxıstanın "Astana" klubunda çıxış edən 37 yaşlı müdafiəçi, Azərbaycanla oyunda qələbə qazanmağın vacib olduğunu deyib:
 
"Komandamız yaxşı formadadır. Lüksemburq və Azərbaycanla oyunda xal itirəcəyimizi düşünmürəm. Azərbaycan millisinin Dublində İrlandiya ilə heç-heçə etməsi sürpriz nəticə idi.
 
Kağız üzərində daha güclü olduğumuz rəqibləri məğlub etmək və xal itirməmək vacibdir. Lüksemburq və Azərbaycan üzərində qələbə qazanıb, Portuqaliya ilə matç üçün Lissabona daha motivasiyalı getməliyik".
 
Serbiya yığması oktyabrın 9-da Lüksemburqun qonağı olacaq. Azərbaycanla oyun isə üç gün sonra – oktyabrın 12-də Belqradda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest