İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Kazemiro Braziliya millisinin heyətindən çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyanın rəsmi saytı məlumat yayıb.
 
29 yaşlı futbolçu dişi ağrıdığına görə yığmanın qarşıdakı oyunlarını buraxmalı olacaq. Onun ağıl dişində iltihab əmələ gəlib. Bu üzdən də futbolçu azı 5 gün məşq edə bilməyəcək.
 
Kazemironun əvəzinə yığmaya İngiltərənin "Aston Villa" klubunun futbolçusu Duqlas Luis dəvət olunub.
 
Braziliya millisi Dç-2022-nin seçmə mərhələsində oktyabrın 11-də Kolumbiyanın qonağı olacaq, 4 gün sonra isə Uruqvayı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest