Futbol üzrə İspaniya milli komandası Millətlər Liqasının yarımfinalında İtaliya yığmasıyla qarşılaşıb. Matc.az xəbər verir ki, sözügedən oyunda iştirak edən ispan futbolçu Qavi İspaniya millisinin tarixinə düşüb.
 
O, milli komanda tarixinin ən gənc debütantı olub. "Barselona"da çıxış edən yarımmüdafiəçi İspaniya millisində debütünü 17 yaş 62 günlüyündə gerçəkləşdirib.
 
Bundan əvvəlki rekord keçmiş futbolçu Anxel Subyetiyə aid idi. O, 1936-cı ildə yığma ilə ilk oyununa çıxarkən 17 yaş 284 günlük idi.
 
Bu oyun "Yuventus"un futbolçusu Leonardo Bonuççi üçün də əlamətdar olub. O, İtaliya millisinin heyətində 112-ci oyununa çıxıb. 34 yaşlı müdafiəçi yığmada ən çox görüş keçirmiş yerli oyunçuların siyahısında 7-ci pilləyə yüksəlib. Təcrübəli müdafiəçi bu göstərici ilə millinin əfsanəvi qapıçısı Dino Zoffa çatıb.
 
Qeyd edək ki, Milan şəhərindəki "San-Siro" stadionunda keçirilən matçda İspaniya yığması 2:1 hesabıyla qalib gələrək finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest