Futbol üzrə İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, bu, "Arsenal"ın çalışdırıcısı Mikel Artetadır. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
 
Artetanın rəhbərlik etdiyi "Arsenal" ötən ay çempionatda 3 oyunda 3 qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest