Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov Dç-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, "Neftçi"nin futbolçusu bu gün keçirilən mətbuat konfransında bunları söyləyib:
 
"Millidə nəticə vermək üçün yaxşı oynamaq lazımdır. Yığmada məsuliyyət daha çoxdur. Bu barədə danışmaq bir az çətindir. Sadəcə, meydana çıxıb ən yaxşısını etməlisən. Alınsa, hamı sizi tərifləyəcək.
 
Legionerlərə vaxt lazımdır. Mahir Emreli bizi Polşada çox yaxşı təmsil edir. Görürlər ki, bizdən də yaxşı futbolçular çıxır. Həm Mahirin, həm də digər legionerlərin millidə də inamlı çıxış edəcəyinə inanıram".
 
Sabah Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - İrlandiya görüşünə saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest