Turun mərkəzi oyununda "Araz"la "Neftçi" qarşılaşıb. Naxçıvan təmsilçisi ardıcıl ikinci qələbəsini rəsmiləşdirib. "Neftçi" isə hələ də xal hesabını aça bilməyib.

Bu gün futzal üzrə Yüksək Liqada 2-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun bütün görüşləri "Olimpik Star"da baş tutub.
 
"Baku-Fire" "Xilə" ilə oyundan çətin qələbə ilə ayrılıbsa, EKOL U-19 yığmamıza qalib gəlib. "Record club.az" isə "Alyans"la matçda 6 cavabsız qola sevinib.
 
Turun mərkəzi oyununda "Araz"la "Neftçi" qarşılaşıb. Naxçıvan təmsilçisi ardıcıl ikinci qələbəsini rəsmiləşdirib. "Neftçi" isə hələ də xal hesabını aça bilməyib.
 
Yüksək Liqa
2-ci tur
8 oktyabr
 
EKOL – U-19 8:3
Qol: Samir Həmzəyev, 03:25; 31:36. Tofiq Mikayılov, 04:42; 06:25. Mehdi Rəsulov, 14:59. Əsgər Abasov, 15:23. Faiq Əliyev, 22:19. Fərid Ələkbərov, 37:52 - Fuad Məmmədzadə, 12:29. Məhəmməd Abbasov, 28:26. Nurlan Məmmədov, 32:47.
Hakimlər: Ziya Nəsirov, Əli Cəbrayılov, Rza Məmmədov.
 
Alyans – Record club.az 0:6
Qol: Alireza Bohluli, 13:08; 38:44. Mehrdad Sadeqi, 13:24. Matin Qahremani, 15:24. Hasan Ali Cafari, 33:45. Mohsen Babaei, 39:34.
Hakimlər: Xəlil Xəlilov, Hikmət Qafarlı, Etibar Həsənov.
 
Araz (Naxçıvan) – Neftçi İK 4:1
Qol: Xətai Bağırov, 11:53; 18:13. İsa Atayev, 31:03; 32:24 - İlkin Hacıyev, 22:16.
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, Rza Məmmədov.
 
Baku-Fire – Xilə 7:5
Qol: Elvin Quliyev, 11:12-pen; 14:47; 32:49. Renat Sultanov, 13:44; 24:05. Nihad İsmayılov, 31:31; 37:46 - Aqşin Muxtaroğlu Paşayev, 03:28; 09:02; 13:26. Tofiq Əliyev, 18:55. Fərid Səmədzadə, 30:46.
Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Etibar Həsənov

Xal durumu: EKOL – 6, Araz – 6, Baku Fire – 6, Record club.az – 3, Xilə – 3, U-19 – 0, Alyans – 0, Neftçi İK – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest