Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, yığmamız Qırğızıstan millisi ilə qarşılaşıb.
 
Qəbələdə keçirilən oyun 1:1 hesablı heç-heçə başa çatıb. Hüseyn Babayevin 45-ci dəqiqədə qırmızı vərəqə aldığı oyunda millimizin qolunu Ege Bilsel vurub.
 
Oktyabrın 11-də bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest