Ukraynanın "Minay" komandasına yeni baş məşqçi təyin olunub. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadənin, eləcə də digər azərbaycanlı futbolçu Eldar Quliyevin forma geyindiyi bu komandanı İqor Leonov çalışdıracaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Leonovla imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Leonov "Minay"ın uğursuz çıxışına görə istefaya göndərilən Vasili Kobini əvəzləyib.
 
"Minay" Ukrayna Premyer Liqasında 9 turdan sonra 6 xalla 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest