Birinci liqa klubu "Tvitter" hesabından bununla bağlı paylaşım edib və futbolçumuza uğur arzulayıb.

Futbol üzrə Azərbaycan milli komandası bu axşam Dç-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya ilə qarşılaşacaq.

 
Matc.az xəbər verir ki, millinin üzvü Namik Ələskərova çıxış etdiyi Türkiyə klubu "Bursaspor" dəstək olub. 
 
Birinci liqa klubu "Tvitter" hesabından bununla bağlı paylaşım edib və futbolçumuza uğur arzulayıb.
 
Qeyd edək ki, Azərbaycan - İrlandiya matçına saat 20:00-da start veriləcək. 
 
Namik Ələskərov bu yay "Neftçi"dən "Bursaspor"a transfer olunub.
 
Başarılar Namik Alaskarov pic.twitter.com/uhNAn0QvOE

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest