"İlk qolumu vurduğum üçün şadam. Bizim üçün xüsusi gecə idi. Özümə güvənirəm"

Futbol üzrə İrlandiya yığmasının hücumçusu çidozi Oqbene Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:
 
"Komandada əhval-ruhiyyə əladır. Rəqib meydanında 3:0 hesablı qələbə hamımız üçün yaxşı oldu. Qalibiyyətə layiq idik. İlk qolumu vurduğum üçün şadam. Bizim üçün xüsusi gecə idi. özümə güvənirəm. Baş məşqçi də məni uzun müddətdir izləyir. Azərbaycan millisi bu gün topla yaxşı oynadı və bizə çətinlik yaratdı. Sevinirəm ki, sonda sevinən tərəf biz olduq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest