Bordin ötən ilin may ayından bəri yaşıl meydanlara həsrət qalan 23 yaşlı afrikalının ideal formada olmamasını əsas götürüb. İtalyan mütəxəssisin fikrincə, Yessenin hazır vəziyyətə gəlməsi üçün minimum 1 ay vaxt lazımdı.

Antalyada təlim-məşq toplanışında olan "Neftçi"yə baxışa gələn Yesse Sekidika barədə qərar verilib. Baş məşqçi Roberto Bordin "Qaz Metan"la yoxlama görüşündə meydana çıxan nigeriyalı yarımmüdafiəçinin qalmasını istəməyib.

Əsl mövqeyi pleymeyker olan Sekidikanın ilk peşəkar klubu "Napredak"dı. Bu klubun heyətində Serbiya Superliqasında ümumilikdə 39 matçda iştirak edib. O, 2 il bu klubun formasını geyindikdən sonra ötən ilin yayında "Əskişəhərspor"la 2 illik müqavilə bağlayıb. Lakin elə həmin transfer dönəmindəcə Türkiyə klubu debüt imkanı tapmamış onu yola salıb. çünki həmin vaxt "Əskişəhərspor"un transfer qadağası olub.

Bordin ötən ilin may ayından bəri yaşıl meydanlara həsrət qalan 23 yaşlı afrikalının ideal formada olmamasını əsas götürüb. İtalyan mütəxəssisin fikrincə, Yessenin hazır vəziyyətə gəlməsi üçün minimum 1 ay vaxt lazımdı (futbolinfo.az).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest