PSJ-nin idman direktoru Leonardo açıqlama verib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Leonardo, bir çox insanın PSJ-nin pulu haqda danışmasından narahat olduğunu deyib:
 
"PSJ-də işləməyi sevirəm. Bir çoxu bizim xərclədiyimiz puldan danışır. PSJ heç bir klubdan daha çox pul xərcləmir. Hamının borcu olur, bizdən çox borcu olanlar var. Nə üçün La Liqadan bizə hücum edirlər? UEFA və Liqa 1 rəhbərliyinə lazım olan hər şeyi deyirik".
 
Leonardo "Real" klubunun Kilian Mbappeni pulsuz almağa çalışdığını da deyib:
 
"Madrid cəbhəsi uzun müddətdir ki, Mbappeni pulsuz almaq üçün çalışır. İki ildir ancaq Mbappe haqda danışırlar. Bunun nəsə cəzası olmalıdır. "Real" hörmətsizlik edir. Mbappe sıradan biri deyil, dünyanın ən yaxşı oyunçularındadır. Baş məşqçiləri, futbolçuları, demək olar ki, hər kəs Mbappedən danışır. Bu, hörmətsizlikdir və yaxşı plan deyil".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest