Futbol üzrə Portuqaliya milli komandası yoxlama matçında Qətəri məğlub edib – 3:0. Matc.az xəbər verir ki, sözügedən oyunda qol vuran portuqaliyalı hücumçu Kristiano Ronaldo bir neçə uğura imza atıb.
 
Belə ki, Ronaldo yığmada vurduğu qolların sayını 112-yə çatdırıb. O, bu göstəricidə dünya rekordunu yeniləyib. Bundan başqa, Ronaldo futbol tarixində 46 fərqli milliyə qol vuran ilk oyunçu olub.
 
Qətərlə matç Ronaldonun Portuqaliya yığmasındakı 181-ci oyunu olub. 36 yaşlı hücumçu Avropa zonasında milliylə ən çox oyun keçirən futbolçu olub. Bundan əvvəl bu rekord ispan müdafiəçi Serxio Ramosa aid idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest