AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Uels yığması yoldaşlıq görüşü keçirəcək. Matç.az-ın Uels Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, britaniyalılar Belarusla qarşılaşacaq.

Seçmə mərhələdə ilk ev oyununu sentyabrın 6-da millimizə qarşı keçirəcək Rayan Giqqzin yetirmələri bundan 4 gün sonra Belarusu qəbul edəcək. Bakı vaxtı ilə 22:45-də start götürəcək oyunun hansı stadionda keçiriləcəyinə hələ qərar verilməyib.

Qeyd edək ki, Uels - Azərbaycan matçı Kardiff şəhərində yerləşən "Kardiff Siti" stadionunda baş tutacaq. Bu komandalar arasında Bakı Olimpiya Stadionundakı qarşılaşma isə noyabrın 16-da keçiriləcək. Azərbaycanla Uelsin E qrupundakı digər rəqibləri Xorvatiya, Slovakiya və Macarıstandı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest