"Qarabağ"ın müdafiəçisi Marko Veşoviç Monteneqro millisinin heyətində növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu Dç-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Norveçlə matçın iştirakçısı olub.
 
O, səfərdə Norveçə 0:2 hesabı ilə uduzduqları matçın ilk dəqiqələrindən meydanda olub. "Qarabağ"ın futbolçu bu görüşün əlavə olunmuş dəqiqələrində ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest