Futzal üzrə FİFA referisi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb. Matc.az AFFA-ya istinadən xəbər verir ki, Əmiraslanov qadın futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
 
Ukrayna, Finlandiya, çexiya və Belçika milli komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 20-dən 25-dək Ukraynada təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest