Oktyabrın 18-də Yaponiyanın Kitakyuşu şəhərində start götürəcək idman gimnastikası üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb. Matc.az xəbər verir ki, yığmamız 7 gün davam edəcək yarışda 3 idmançı ilə təmsil olunacaq.
 
Ölkəni kişilərin mübarizəsində Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı İvan Tixonov, qadınlarda Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil edəcək.
 
Tokio-2020-də çıxış etmiş qadın idman gimnast Marina Nekrasovanın isə mundialda iştirakı nəzərdə tutulmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest