Qadınlardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Malta millisinə qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib. Matc.az xəbər verir ki, oktyabrın 26-da ASK Arenada keçiriləcək Azərbaycan – Malta qarşılaşmasını Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
 
Oyunun baş hakimi Reka Molnar olacaq. Ona yan xətt hakimləri Katalin Török və Noemi Hegedus-Barat kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Reka Bognar yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest