Useyn Boltun futbolçu karyerası başlamamış bitib. Matç.az saytının məlumatına görə, yüngül atletika üzrə dünya və Olimpiya çempionu bu barədə özü açıqlama verib.

32 yaşlı sprinter Avstraliyada "Central Cost Mariners" klubunda 8 həftədir sınaq məşqlərinə çıxdıqdan sonra nəhayət təklif gəlmədiyini görüb futbolla vidalaşmağı qərara alıb.

Bolt bu prosesin çox əyləncəli olduğunu, qaçış zolağından çox fərqləndiyini, ancaq olduqca əyləndiyini deyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest