"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi "Kayrat"ın zədəli futbolçusu Yatsek Quralski sağalıb. Matc.az xəbər verir ki, polşalı yarımmüdafiəçi artıq komandayla məşqlərə başlayıb.
 
Quralski "Kayrat"ın "Qarabağ"a qarşı keçirəcəyi Konfrans Liqası matçında iştirak edə bilər.
 
Oktyabrın 21-də Bakıda keçiriləcək "Qarabağ" – "Kayrat" matçına saat 20:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest