Futbol üzrə İngiltərə Premyer Liqasında 8-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. 
 
Turun açılış matçında "Uotford" doğma meydanda "Liverpul"u qəbul edib. Qonaqlar bu görüşdə beş cavabsız qola seviniblər.
 
"Mançester Yunayted" bu turda "Lester Siti" səfərinə yollanıb. Altı qolun qeydə alındığı oyun "qırmızı şeytanlar"ın məğlubiyyəti ilə bitib. "Mançester Siti" "Bernli"ni sınağa çəkib və inamlı qələbəyə sevinib. Lider "çelsi"nin bu turdakı rəqibi "Brentford" olub. "Zadəganlar" da turu qələbə ilə başa vurublar.
 
Tura "Arsenal" – "Kristal Pelas" matçıyla yekun vurulacaq.
 
İngiltərə Premyer Liqası
8-ci tur
16 oktyabr
 
Uotford – Liverpul 0:5
Qol: Mane, 8. Firmino, 37; 52; 90+1. Salah, 54.
 
Aston Villa – Vulverhempton 2:3
Qol: İnqs, 48. Makqinn, 68 – Sayss, 80. Koadi, 85. Neves, 90+5.
 
Lester Siti – Mançester Yunayted 4:2
Qol: Tilemans, 31. ç.Söyüncü, 78. Vardi, 83. Daka, 90+1 – Qrinvud, 19. Reşford, 82.
 
Mançester Siti – Bernli 2:0
Qol: B.Silva, 12. De Bruyne, 70.
 
Norviç Siti – Brayton 0:0
 
Sauthempton – Lids 1:0
Qol: Broya, 53.
 
Brentford – çelsi 0:1
Qol: çiluell, 45.
 
17 oktyabr
 
17:00 Everton – Vest Hem
19:30 Nyukasl – Tottenhem
 
18 oktyabr
 
23:00 Arsenal – Kristal Pelas

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest