Futbol üzrə Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha altı qarşılaşma baş tutub.
 
"Frayburq" – "Leyptsiq" və "Borussiya" (Mönhenqladbax) – "Ştutqart" matçlarında qalib müəyyənləşməyib. "Ayntraxt" evdə "Herta"ya, "Qroyter" isə "Bohum"a uduzub. "Union Berlin" "Volfsburq"u məğlub yola salıb. Dortmund "Borussiya"sı da "Maynts" üzərində inamlı qələbəyə sevinib.
 
Lider "Bayern" bu turda çətin "Bayer" səfərinə yollanacaq.
 
Almaniya Bundesliqası
8-ci tur
15 oktyabr
 
Hoffenhaym – Köln 5:0
Qol: Bebu, 31; 49. Baumqartner, 51. Qeyqer, 74. Poş, 87.
 
16 oktyabr
 
Ayntraxt – Herta 1:2
Qol: Pasiensiya, 78-pen – Rixter, 7. Ekkelenkamp, 63.
 
Borussiya (Dortmund) – Maynts 3:1
Qol: Roys, 3. Haland, 54-pen; 90+4 – Burkardt, 87.
 
Qroyter – Bohum 0:1
Qol: Losilla, 80.
 
Union Berlin – Volfsburq 2:0
Qol: Avoniyi, 49. Bekker, 83.
 
Frayburq – Leyptsiq 1:1
Qol: Yonq, 64 – Forsberq, 32.
 
Borussiya (Mönhenqladbax) – Ştutqart 1:1
Qol: Hofmann, 42 – Mavropanos, 15.
 
17 oktyabr
 
17:30. Bayer – Bayern
19:30. Auqsburq – Arminiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest