Futbol üzrə Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
 
"Kasımpaşa" doğma meydanda "Göztəpə"yə, "Altay" isə "Fatih Karagümrük"ə məğlub olub.
 
"Qalatasaray" isə bu turda "Konyaspor"u qəbul edib və minimal hesabla qalib gəlib.
 
Turun mərkəzi görüşü Trabzonda keçirilib. Yerli "Trabzonspor" komandası burda "Fənərbaxça"nı qəbul edib. Dörd qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
Türkiyə Super Liqası
9-cu tur
15 oktyabr
 
Başakşəhər – Beşiktaş 3:2
Qol: Okaka, 40; 83. Gulbrandsen, 85 – A.Teyşeyra, 59. Batşuayi, 90+1-pen.
 
16 oktyabr
 
Girəsunspor – Rizəspor 2:0
Qol: S.Ay, 62-öz qapısına. çampness, 90+4.
 
Sivasspor – Antalyaspor 2:2
Qol: C.Osmanpaşa, 10. Kayode, 45+4 – Fredi, 24. D.Sinik, 42.
 
Adana Dəmirspor – Yeni Malatyaspor 0:2
Qol: Tette, 36. S.Dəli, 55-öz qapısına.
 
17 oktyabr
 
Kasımpaşa – Göztəpə 1:2
Qol: Y.Ərdoğan, 51 – Yahoviç, 67. Tiyaniç, 86.
 
Qalatasaray – Konyaspor 1:0
Qol: M.Məhəmməd, 4.
 
Altay – Fatih Karagümrük 0:1
Qol: Karamo, 15.
 
Trabzonspor – Fənərbaxça 3:1
Qol: Bakasetas, 25; 87. Y.Sarı, 90 – Rossi, 3.
 
18 oktyabr
 
21:00 Alanyaspor – Kayserispor
21:00 Hatayspor – Qaziantep

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest