Futbol üzrə İsveçrə çempionatında 10-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Avropa Konfrans Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Bazel" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Syon"la qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
"Bazel" 10 turdan sonra 22 xalla 10 kollektiv arasında zirvədə qərarlaşıb.
 
"Qarabağ" "Bazel"lə Bakıda baş tutan ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest