Futbol üzrə Polşa çempionatında 11-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Lex"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin hücumçusu 65-ci dəqiqədə əvəzlənib.
 
11 turdan sonra 9 xalı olan "Legiya" 18 komanda arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest