Futbol üzrə İngiltərə Premyer Liqasının 8-ci turunun "Nyukasl" – "Tottenhem" matçında xoşa gəlməz hadisə yaşanıb. Matc.az xəbər verir ki, qarşılaşmanın 40-cı dəqiqəsində tribunada bir azarkeşin səhhətində problem yaranıb.
 
Tribunada yaranan qarışıqlığı görən futbolçular hakimdən oyunun dayandırılmasını və azarkeşə həkimlər tərəfindən müdaxilə edilməsini istəyib.
 
Bundan sonra komandaların həkimləri tribunaya gedərək, azarkeşə tibbi yardım edib və matç qaldığı yerdən başlayıb.
 
"Nyukasl" klubu oyundan sonra verdiyi açıqlamada, azarkeşin xəstəxanaya aparıldığını və vəziyyətinin sabit olduğunu bildirib.
 
"Tottenhem" "Nyukasl"ı 3:2 hesabıyla məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest