İtaliyanın "Milan" klubu UEFA çempionlar Liqasında antirekorda imza atıb.
 
Matc.az xəbər verir ki, sözügedən komanda buna qrup mərhələsinin 3-cü turunda Portuqaliyada "Portu"ya uduzmaqla nail olub - 0:1.
 
Turnirin 7 qat qalibi daha əvvəl qrup mərhələsindəki ilk 3 oyunun hamısında məğlub olmamışdı.
 
Stefano Piolinin baş məşqçi olduğu komanda ilk turda İngiltərə "Liverpul"una 2:3, 2-ci turda isə İspaniya "Atletiko"suna 1:2 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest