"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Kayrat"a (Qazaxıstan) qarşı keçirəcəyi oyuna bilet satışı davam edir.  Matc.az xəbər verir ki, indiyədək qarşılaşmaya 13 mindən çox bilet satılıb. Hazırda satışda cəmi 2 min bilet qalıb. 
 
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna koronavirus pandemiyası səbəbindən arenanın yalnız 50 faizi tutumunda azarkeş buraxılmasına icazə var.
 
Oktyabrın 21-də keçiriləcək "Qarabağ" - "Kayrat" matçına saat 20:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest