Avropanın futbol üzrə bəzi milli assosiasiyaları dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına qarşıdır və FİFA-ya üzvlükdən çıxmaq istəyirlər.

Avropanın futbol üzrə bəzi milli assosiasiyaları dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına qarşıdır və FİFA-ya üzvlükdən çıxmaq istəyirlər. Matc.az xəbər verir ki, 12-dən çox federasiya dünya çempionatının iki ildən bir keçirilməsi təklifinə etiraz olaraq bu addımı atmağa hazırlaşır.
 
Bu barədə "Associated Press" məlumat yayıb. Həmin federasiyalar artıq məsələ ilə bağlı UEFA-ya məlumat veriblər. Nizamnaməyə görə, hansısa yerli federasiya təqvim ilinin bitməsinə altı ay qalmış xəbərdarlıq edərək FİFA-dan ayrıla bilər.
 
FİFA prezidenti Canni İnfantino dünya çempionatının iki ildən bir keçirilməsi ilə bağlı yekun qərarın ilin sonunda açıqlanacağını bildirib.
 
Növbəti dünya çempionatı 2022-ci ilin 21 noyabr-18 dekabrında Qətərdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest