Almaniyanın "Bayern" komandasının baş məşqçisi Yulian Naqelsmanın səhhətində problem yaranıb. Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
34 yaşlı mütəxəssisin qripə yoluxduğu diqqətə çatdırılıb. Bu üzdən o, UEFA çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçirilən Portuqaliya "Benfika"sı ilə səfər oyununda texniki zonada yer ala bilməyib. Onun yoxluğunda komandaya Dino Topmöller və Ksaver Zembrod rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest