Qazaxıstanın "Kayrat" klubunun sabiq futbolçusu Sergey Politeviç Konfrans Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Kayrat" matçıyla bağlı fikirlərini bildirib. Matc.az "sports.kz" saytına istinadən xəbər verir ki, hazırda Belarusun "Soliqorsk" klubunda çıxış edən 31 yaşlı müdafiəçi, "Qarabağ"ın qələbə şansının daha çox olduğunu deyib:
 
"Qarabağ"ın qəbələ şansı daha çoxdur, amma onları matçın favoriti hesab etmək olmaz. "Kayrat" Konfrans Liqasına yaxşı başlamadı. "Omoniya" ilə matçda onların bəxtləri gətirmədi. "Bazel"lə görüş isə çox çətin idi, üstəlik, oyun səfərdə baş tutdu.
 
"Qarabağ"a problem yaratmaq üçün onları topsuz saxlamaq lazımdır. Düşünürəm ki, "Kayrat" bunu bacarmayacaq. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kayrat"ın çalışdırıcısı Kurban Berdıyevdən danışıb. O, Berdıyevin daha təcrübəli olduğunu söyləyib. Postsovet məkanında Berdıyevlə müqayisə olunacaq az məşqçi var.
 
"Qarabağ"la oyunda "Kayrat"ın qələbə üçün nə etməli olduğunu demək çətindir. Bəlkədə öz oyununu oynamaq, qorxmamaq, çəkinməmək, ciddi şəkildə müdafiə olunmaq və bütün imkanları dəyərləndirmək lazımdır. Düşünürəm ki, oyun sönük keçəcək və az qol vurulacaq. Hesabın 0:0, ya da 1:0 olacağını düşünürəm".
 
Bu gün keçiriləcək "Qarabağ" – "Kayrat" matçı saat 20:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest