UEFA Konfrans Liqasının rəsmi "Tvitter" səhifəsi "Qarabağ"la bağlı növbəti dəfə paylaşım edib. Matc.az xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Ağdam klubunun Bakıda Qazaxıstan "Kayrat"ına 2:1 hesabı ilə qalib gəldiyi matçdan fotolar yayımlanıb.
 
"Son dəqiqədə qalib gəlmək, bax, budur" başlıqlı paylaşımda "köhlən atlar"ın H qrupunda məğlub olmaması vurğulanıb. Həmçinin komandanın qrupu neçənçi pillədə bitirməsi ilə bağlı sorğu yerləşdirilib.
 
"Qarabağ" 3 oyundan sonra 7 xalla hələlik turnir cədvəlinə başçılıq edir.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest