Futbol üzrə Fransa çempionatının 2022-ci ilin fevralında keçiriləcək "Olimpik" (Lion) - "Monako" matçı çində oynanıla bilər. Matc.az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.
 
Xəbərdə, Fransa Peşəkar Futbol Liqasının (LFP) rəhbərliyinin matçın Şanxayda keçirilməsini istədiyi bildirilib.
 
LFP bununla bağlı FİFA-ya müraciət edib və təsdiq cavabı gözləyir.
 
çempionat rəhbərliyinin nə üçün belə addım atdığı açıqlanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest