Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub.
 
U-17 Liqasının "Zirə" – "Sumqayıt" oyununda "Sumqayıt"ın futbolçusu Qulamhüseyn Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Neftçi" İK İB – "Turan Tovuz" oyununda "Neftçi"nin futbolçusu Cəmil Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Səbail" – "Neftçi" PFK oyununda "Səbail"in futbolçusu Amir Qəribov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının ROFM  – "Keşlə" oyununda "Keşlə"nin futbolçusu Həsən Cabbarlı "kobud oyuna" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-15 Liqasının "Qəbələ"  – "Sabah" oyununda "Sabah"ın futbolçusu Əkbər Məhərrəmov "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-15 Liqasının "Səbail"  – "Cənub Elit" oyununda "Cənub Elit"in futbolçusu Rəşad Tahirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın 1-ci turunun "Zülfüqar" – "Hövsan" oyunu bitdikdən sonra "Zülfüqar"ın futzalçısı Vüsal Məmmədov Hakimlər Komitəsinin üzvlərini təhqir etdiyinə görə 3 oyun cəzasının üzərinə əlavə olunub.
 
Futzal üzrə Yüksək Liqanın "Neftçi" İK – "Alyans" FK oyununda "Alyans"ın 11 nömrəli futzalçısı Rüstəm Bağırzadə hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal Yüksək Liqanın "Neftçi" İK – "Alyans" FK oyununda "Neftçi"nin futzalçısı Elnur Zamanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Baku Fire 2" – ADBTİA oyununda "Baku Fire 2" komandasının futzalçısı Rəşid Orucov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest