Futbol üzrə Fransa çempionatında 11-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
Turun açılış matçında "Sent-Etyen" "Anje" ilə qarşılaşıb. "Sent-Etyen" azarkeşlərinin arenada törətdiyi iğtişaşlar səbəbindən bu matç nəzərdə tutulandan bir saat gec başlayıb. Cari mövsümdə cəmi 4 heç-heçəsi olan "Sent-Etyen" bu oyunda da yalnız son anda məğlubiyyətdən qurtulmasına sevinə bilib.
 
Fransa Liqa 1
11-ci tur
22 oktyabr
 
Sent-Etyen – Anje 2:2
Qol: Xazri, 61. Nade, 90+4 – Traore, 28. Fulgini, 56.
 
23 oktyabr
 
19:00. Nant – Klermon
23:00. Lill – Brest
 
24 oktyabr
 
16:00. Nitsa – Olimpik (Lion)
17:00. Lans – Mets
17:00. Reyms – Trua
17:00. Loryan – Bordo
17:00. Renn – Strasburq
19:00. Monako – Monpelye
22:45. Olimpik (Marsel) – PSJ

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest