Futbol üzrə Moldova çempionatında 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Zimbru" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Orxan bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
Keçirdiyi 15 oyunda 17 xal toplayan "Dinamo-Avto" 8 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest