Təxminən iki aya yaxındır ki, AFFA Region Liqasında 2021/22 mövsümünə hazırlıq gedir. Matc.az xəbər verir ki, hazırda bu çempionatda iştirak etmək istəyən komandaların qeydiyyat və hazırlıq mərhələsi davam edir.
 
Artıq əksər iştirakçıların adına aydınlıq gəlib. Hələlik, yeni mövsümdə iştirakı dəqiqləşən 10 komandanın adı məlumdur. Bunlar  "Şahdağ", "Cəbrayıl", "Xan Lənkəran", "Göyəzən", "ümid", "Mil", "Füzuli", "Karvan", "Şəki" və "Energetik"dir.
 
Böyük ehtimalla AFFA yaxın bir həftə ərzində bütün iştirakçıların adlarını açıqlayacaq. Bunu AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Departamentinin rəhbəri Yusif Valiyev açıqlayıb:
 
"Kifayət qədər yeni komandalar var, eyni zamanda ötən mövsümdə iştirak edən komandalar da müracət edib. Yəqin ki, yaxın bir həftədən sonra bütün iştirakçıların adları açıqlanacaq. Bu, tam təsdiqdən sonra olacaq.
 
Bildiyiniz kimi, Region Liqası zonalar üzrə keçirilir. Paytaxt və Şimal bir zonadı, digər zonalar Cənub, Mərkəz, Qərb, Şimal-Qərb və Naxçıvandır. Yarış Naxçıvan da daxil olmaqla ötənilki formatda təşkil olunacaq. Reqlamentdə hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb. Komandalarla görüşlər tam yekunlaşdıqdan sonra qarşıdakı bir həftəyə adlarla bağlı yekun məlumat açıqlana biləcək. Yarışın startı bu ay ərzində nəzərdə tutulub. Bunadək isə püşkatma mərasimi olacaq".
 
Sonda iştirakı dəqiqləşən komandaların siyahısını bir daha diqqətinizə çatdırırıq:
 
"Şahdağ" - Quba
"Cəbrayıl" - Cəbrayıl
"Xan Lənkəran" - Lənkəran
"Göyəzən" - Qazax
"ümid" - Cəlilabad
"Mil" - Beyləqan
"Füzuli" – Füzuli
"Karvan" – Yevlax
"Şəki" – Şəki
"Energetik" – Mingəçevir

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest