Futzal üzrə Yüksək Liqada V turun oyun cədvəli açıqlanıb. Matc.az xəbər verir ki, növbəti turun bir oyunu təxirə salınıb.
 
Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Belə ki, "Araz"ın (Naxçıvan) EKOL-a qarşı keçirməli olduğu oyun qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb ölkə çempionunun həmin ərəfədə UEFA çempionlar Liqasının final mərhələsində mübarizəyə başlamasıdır. Azərbaycan təmsilçisi oktyabrın 28-də həlledici raundda ilk görüşünü keçirəcək. Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Ukraynada "Uraqan İvano - Frankivsk" klubu ilə qarşılaşacaq. Oktyabrın 28-də baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Yüksək Liqa
V tur
29 oktyabr
 
U-19 - Record club.az
Bakı İdman Sarayı. Saat 14:00
 
Xilə - Alyans (Lənkəran)
Bakı İdman Sarayı. Saat 16:00
 
Neftci İK - Baku Fire
Bakı İdman Sarayı. Saat 18:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest