Futzal üzrə Çempionlar Liqasının final mərhələsində mübarizə aparacaq "Araz" (Naxçıvan) iştirak ərizəsini UEFA-ya göndərib. Matc.az xəbər verir ki, Naxçıvan klubu həlledici mərhələdə 19 oyunçunun xidmətindən istifadə edəcək.

Futzal üzrə çempionlar Liqasının final mərhələsində mübarizə aparacaq "Araz" (Naxçıvan) iştirak ərizəsini UEFA-ya göndərib. Matc.az xəbər verir ki, Naxçıvan klubu həlledici mərhələdə 19 oyunçunun xidmətindən istifadə edəcək.
 
Onlardan 3-ü qapıçı, 5-i müdafiəçi, 11-i isə hücumçudur:
 
Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov, Cavad Məmmədov;
 
Müdafiəçilər: Rizvan Fərzəliyev, Amir Şojaei, Murilyo Borges, Hadi Ahmadi, Oruc Baxşəlizadə;
 
Hücumçular: Samir Həmzəyev, Namiq Məmmədkərimov, David Qustavo dos Santos, Ramiz çovdarov, Maneka, İsa Atayev, Xətai Bağırov, Tofiq Mikayılov, Nurlan Mehdizadə, Eşhaq Şoorqali, Felipinyo.
 
B yolunda yer alan "Araz" "Uraqan İvano-Frankivsk" (Ukrayna), "Ligeni" (Kosovo) və "Yunayted Qalati" (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq. Bu qrupun oyunları Ukraynada olacaq.
 
Əsas mərhələnin oyunları oktyabrın 26-dan 31-dək keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest