"Sabah"ı ötən gün Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutan "Sumqayıt"la oyuna çıxaran İlkin Hüseynov da bu klubdan ayrılıb

"Sabah"ı ötən gün Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutan "Sumqayıt"la oyuna çıxaran İlkin Hüseynov da bu klubdan ayrılıb. Bu barədə matc.az saytına klubun mətbuat xidmətindən məlumat verilib.
 
"Sabah"ın mətbuat katibi Elnur Həmidovun sözlərinə görə, İlkin Hüseynovun komandadan gedəcəyi hələ bu oyundan öncə də bəlli idi: "İlkin Hüseynov Ramin Quliyevin köməkçilərindən biri idi. Baş məşqçinin istefasından sonra onun da klubdan ayrılacağı bəlli idi. Sadəcə, komandanı qarşıdakı oyuna hazırlamaq lazım idi və Hüseynov da sağ olsun ki, iki gün ərzində futbolçuları bu oyuna hazırlaşdırdı. "Sumqayıt"la oyunda da məşqçi kimi onun adı qeyd olunmuşdu, mətbuat konfransında iştirak etdi. Matçdan sonra isə kollektivlə vidalaşıb, komandadan ayrıldı".
 
Xatırladaq ki, "Sabah"ın "Sumqayıt"a 3:0 hesabıyla qalib gəldiyi oyunda məşqçi kimi İlkin Hüseynovun adı qeyd olunub. Amma texniki zonada paytaxt təmsilçisinin həm Müşahidə Şurasının üzvü olan, həm də idman direktoru vəzifəsini tutan İqor Ponomaryov da yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest