İspaniyalı keçmiş futbolçu Santyaqo Otero vəfat edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı sabiq futbolçu evindəki vannada ölü tapılıb.
 
O, elektrik cərəyanı vurması nəticəsində vəfat edib. Otero mobil telefonun batareyasını doldurarkən cihaz suya düşüb və bu zaman onu elektrik cərəyanı vurub.
 
Otero "Real Ovyedo"nun gənclər komandasında və bir neçə yerli klubda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest