Futbol üzrə Fransa çempionatında 11-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.
 
Lion "Olimpik"i bu turda "Nitsa" səfərinə yollanıb və məğlubiyyətlə üzləşib.
 
"Monako" bu turda "Monpelye"ni qəbul edib və inamlı qələbəyə sevinib.
 
Turun mərkəzi görüşündə lider PSJ səfərdə Marsel "Olimpik"i ilə üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb.
 
Fransa Liqa 1
11-ci tur
22 oktyabr
 
Sent-Etyen – Anje 2:2
Qol: Xazri, 61. Nade, 90+4 – Traore, 28. Fulgini, 56.
 
23 oktyabr
 
Nant – Klermon 2:1
Qol: Jirotto, 38. Blas, 61 – Bayo, 49.
 
Lill – Brest 1:1
Qol: David, 19 – Fevr, 32.
 
24 oktyabr
 
Nitsa – Olimpik (Lion) 3:2
Qol: Atal, 81. Delor, 89. Jessan, 90+1 – Ekambi, 35. Auar, 68.
 
Lans – Mets 4:1
Qol: Said, 14; 37. Qanaqo, 83. Frankovski, 90 – De Preville, 33.
 
Reyms – Trua 1:2
Qol: Abdelhamid, 6 – Balde, 41. Şavalerin, 65.
 
Loryan – Bordo 1:1
Qol: Laporte, 76 – Elis, 46.
 
Renn – Strasburq 1:0
Qol: Aqerd, 82.
 
Monako – Monpelye 3:1
Qol: Volland, 12. Ben Yedder, 17. Martins, 62 – Savanye, 81-pen.
 
Olimpik (Marsel) – PSJ 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest