Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Rubin"lə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Azər də bu görüşün iştirakçısı olmayıb. O, 87-ci dəqiqədə meydana buraxılıb, 90+1-də isə sarı vərəqə ilə cəzalanıb.
 
"Ufa" 12 turdan sonra 10 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest