Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu baş məşqçisini dəyişdirməyə hazırlaşır. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, ardıcıl məğlubiyyətlər çeslav Mixneviçin istefaya göndərilməsinə gətirib çıxaracaq.
 
51 yaşlı mütəxəssisin rəhbərliklə münasibətləri də qaydasında deyil. Varşava təmsilçisi onun yerinə köməkçisi Pşemislav Maleçkini müvəqqəti baş məşqçi postuna təyin etməyi düşünür.
 
"Legiya" 10 oyundan sonra Polşa çempionatında 9 xalla 15-ci pillədə qərarlaşıb. Komanda son olaraq ötən gün "Pyast"a 1:4 hesabı ilə uduzub. Bu, varşavalıların çempionatda ardıcıl dördüncü məğlubiyyətidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest