Abbasov "ağ-qaralar"ın heyətində çıxdığı 88-ci matçda qol sayını 20-yə çatdırıb. Debüt etdiyi 2014/15 mövsümündən fasilələrlə Bakı klubunda çıxış edən Mirabdulla ilk qolunu 2017/18 mövsümündə rəqib qapısından keçirib.

Mirabdulla Abbasov "Neftçi"nin heyətində Premyer Liqada 20-ci qolunu vurub. Matc.az xəbər verir ki, hücumçu 8-ci turun "Zirə" ilə qarşılaşmasında (2:1) qələbə topuna imza atıb.
 
Abbasov "ağ-qaralar"ın heyətində çıxdığı 88-ci matçda qol sayını 20-yə çatdırıb. Debüt etdiyi 2014/15 mövsümündən fasilələrlə Bakı klubunda çıxış edən Mirabdulla ilk qolunu 2017/18 mövsümündə rəqib qapısından keçirib.
 
Abbasov "Neftçi"nin tarixinə çempionatda 20 və daha çox qol vuran 22-ci oyunçu kimi düşüb. O, bu siyahıda Leonid Kalfaya çatıb. Rekord isə 99 qol vuran Samir Ələkbərova məxsusdur.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest