Futbol üzrə Azərbaycan Birinci Divizionunda 6-cı tura start verilib. Matc.az xəbər verir ki, turun ilk oyununda "Qaradağ Lökbatan" "Səbail"in ikinci komandasını iki qolla məğlub edib.
 
"Sabah-2" isə MOİK-lə görüşdə məğlubiyyətə üzülüb. Bu məğlubiyyətdən sonra "Sabah"ın ikinci komandası turnir cədvəlinin zirvəsindən enib.
 
"Qəbələ"nin və "Zirə"nin ikinci komandaları arasında baş tutan oyunda meydan sahibləri darmadağına seviniblər – 5:0.
 
Turun qalan oyunları sabah keçiriləcək.
 
Birinci Divizion
6-cı tur
26 oktyabr
 
Qaradağ Lökbatan – Səbail-2 2:0
Qol: Sabir Allahquliyev, 49. Urfan İsmayılov, 65.
Qırmızı vərəqə: Bayraməli Qurbanov, 63 ("Səbail")
Hakimlər: Rövşən Rəcəbov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Əli Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00
 
Sabah-2 – MOİK 1:3
Qol: Samir Məhərrəmli, 73 – Samir Alıyev, 21. İsa Zeynallı, 52-pen. Ruslan Voronsov, 80-pen.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Elvin Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Binə qəsəbə stadionu, 14:30
 
Qəbələ-2 – Zirə-2 5:0
Qol: Mehrac Baxşalı, 1. Aqil Nəsibov, 24; 71. Taleh Qarayev, 86; 89.
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Fərid Hacıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30
 
27 oktyabr
 
Sumqayıt-2 – Keşlə-2
Hakimlər: Rauf Cabarov, Qəzənfər Məmmədov, Səbuhi Soltanov, Emin Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:00
 
Qarabağ-2 – Turan Tovuz
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Rauf Allahverdiyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Binə qəsəbə stadionu, 14:30
 
Kəpəz – Neftçi-2
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Gəncə şəhər stadionu, 14:30

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest