Futbol üzrə Moldova kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Spartanni" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə (3:1) ilə ayrılıb və 1/4 finala vəsiqə qazanıb.
 
Orxan da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest