Futbol üzrə İtaliya A Seriyasında 10-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
"Spetsiya" "Cenoa"nı qəbul edib. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar. Autsayder "Salernitana" isə "Venetsiya" səfərindən qələbə ilə qayıdıb.
 
Liderlər qrupunda qərarlaşmış "Milan"ın bu turdakı rəqibi "Torino" olub. Uğurlu mövsüm keçirən bu komanda doğma meydanda növbəti qələbəsini rəsmiləşdirib.
 
İtaliya A Seriyası
10-cu tur
26 oktyabr
 
Spetsiya – Cenoa 1:1
Qol: Siriqu, 66-öz qapısına – Krişito, 86.
 
Venetsiya – Salernitana 1:2
Qol: Aramu, 14 – Bonatsoli, 61. Skyavone, 90+5.
 
Milan – Torino 1:0
Qol: Jiru, 14.
 
27 oktyabr
 
20:30. Udineze – Verona
20:30. Yuventus – Sassuolo
20:30. Sampdoriya – Atalanta
22:45. Empoli – İnter
22:45. Kalyari – Roma
22:45. Latsio – Fiorentina
 
28 oktyabr
 
22:45. Napoli – Bolonya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest