Almaniyanın "Volfsburq" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Florian Kofeldt çalışdıracaq.
 
Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 39 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
 
Florian Kofeldt bu komandada bir neçə gün öncə istefaya göndərilmiş Mark van Bommeli əvəz edib. Almaniyalı mütəxəssis daha öncə "Verder"ə rəhbərlik edib.
 
"Volfsburq" bu mövsüm Bundesliqada 9 turdan sonra 13 xalla 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest